
Azərbaycanda insan haqlarının müdafiəsi prosesində irəliləyişlərdə göstərdiyi xüsusi xidmətə görə...
Moldovalı ombudsman Aureliya Qriqoriu “Heydər Əliyev” qızıl medalına layiq görülüb.
Heydər Əliyev Fondunun mətbuat xidmətindən daxil olan xəbərə görə, mükafat ombudsmana Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən təqdim olunub.
Orta Asiya və Qazaxıstanın bir çox ictimai təşkilatları tərəfindən imzalanan təqdimat Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən də dəstəklənib və moldovalı ombudsman Azərbaycanda insan haqlarının müdafiəsi prosesində irəliləyişlərdə göstərdiyi xüsusi xidmətə görə, həmçinin türkdilli ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafında dəstəyə görə “Heydər Əliyev” qılıl medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, bu yüksək mükafata müxtəlif vaxtlarda Azərbaycan prezidenti İlham Əliyev, qırğız yazıçısı Çingiz Aytmatov, Qırğızıstanın eks prezidenti Qurmanbek Batıyev, türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da layiq görülüb.
Xatırladaq ki, Aureliya Qriqoriu bir neçə ay əvvəl Ermənistan parlamentində çıxışı zamanı bu ölkəni kəskin tənqid edərək işğalçı adlandırmışdı.