AZAL aviabiletlərin qiymətlərinin endirilməsi üçün variantları araşdırır

AZAL dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlayıb.

Bildirilir ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək.

əsas linklər