
Bu yaxınlarda Dağlıq Qarabağdan qayıdan rusiyalı biznesmen Qerman Sterliqova qarşı böhtan atmaq üstündə cinayət işi qaldırılıb.
Bu haqda onun vəkili Artur Ayrapetyan məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Sterliqovun Rusiyadan getmək problemi yaranıb: “Qerman Lvoviçə və mənə şəxsi xakaterdə müraciət edilib. Bu cür müraciət məhkəməyə daxil olanda avtomatik olaraq cinayət işi qaldırılır. Böhtana görə həm Sterliqov, həm də mən gühanlandırılırıq”.
Vəkilin sözlərinə görə, cinayət işinin başlanması hazırda İsraildə yaşayan Milana Qorenşteynin adı ilə bağlıdır:
“İddia qaldıran qadın İsrail vətəndaşıdır, daima Təl-Əvivdə yaşayır. Bundan əlavə, Moskva şəhər vəkillər palatasına mənim vəkillik statusumdan məhrum olunmağımla bağlı müraciət də edilib”.
Bundan əvvəl xəbər verilirdi ki, rusiyalı biznesmen Qerman Sterliqov iyulun 16-da Moskvadan Qarabağa qayıdacaq. Azərbaycan Xarici İşlər Nazirliyi Qerman Sterliqovun adını arzuolunmaz şəxslər siyahısına daxil edib./modern/