Türkiyədə törədilən terror aktında 25 nəfər ölüb, 100-ə yaxın yaralı var

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.

Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb.

İlkin məlumata görə, hadisə yerində ən azı 10 nəfər ölüb, xeyli sayda yaralı var.

Hadisənin baş vermə səbəbləri ilə bağlı hələlik rəsmi qurumlar açıqlama verməyib. İlkin versiyalara görə, partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.

əsas linklər