Moskva və Ankara arasında Suriya və “erməni soyqırımı” ilə bağlı fikir ayrılıqları “Türk axını”na təsir etməyəcək
"Suriya və uydurma “erməni soyqırımı” ilə bağlı fikir ayrılıqları bizim əməkdaşlığımıza əngəl törətməyəcək”.

Rusiya və Türkiyənin Suriya və  erməni məsələləri üzrə olan fikir ayrılıqları “Türk axını” layihəsinin reallaşdırılmasına  təsir etməyəcək.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “Anadolu” agentliyinə müsahibəsində bildirib.    

“Türkiyə və Rusiya bir-biriləri üçün çox mühüm tərəfdaşdırlar. Türkiyə, həcmlərə görə,  Rusiya qazının ikinci alıcısıdır.  Biz bu səbəbdən “Türk axını” da daxil olmaqla, enerji layihələrimizi siyasi mövzulardan ayırdıq.

Suriya və uydurma “erməni soyqırımı” ilə bağlı fikir ayrılıqları bizim əməkdaşlığımıza əngəl törətməyəcək”, deyə Taner Yıldız qeyd edib. 

əsas linklər