Ermənilər Şuşada texnikum inşa edir

Azərbaycanın işğal olunmuş Şuşa şəhərində Ermənistan rəhbərliyi növbəti qanunsuz tikinti işi gerçəkləşdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Şuşada orta ixtisas texnikumu inşa olunur. Yeznik Mozyan adı verilən texnikum 2 mərtəbəli olacaq və 200-dən artıq tələbə üçün dərslər keçməyə şərait yaradacaq.

Texnikumun sentyabrın əvvəlləri üçün hazır olacağı bildirilir. Texnikumla yanaşı, Şuşada Ermənistan Kənd Təsərrüfatı Akademiyasının filialı da inşa olunur.

əsas linklər