“SOCAR Turkey Enerji A.Ş.” Türkiyədə neft axtarışı həyata keçirə biləcək

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin neft işləri idarəsi “SOCAR Turkey Enerji A.Ş.”yə beş il müddətində neft axtarışı həyata keçirməsi ilə bağlı icazə sənədi verib.

İdarə tərəfindən “SOCAR Turkey Enerji A.Ş.” və “OPC Petrol Arama ve Üretim Ltd.” şirkətlərinə Qaziantep, Kahramanmaraş, Diyarbəkir, Adıyaman, Batman, Muş, Mardin və Şırnakda birgə istifadədə olan ərazilərdə 5 il müddətində ümumilikdə yeddi neft axtarışının həyata keçirilməsi ilə əlaqədar icazə sənədi verilib.

Xatırladaq ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir./apa/

əsas linklər