Separatçı kürdlərdən Azərbaycan bayrağına hörmətsizlik - Foto

Həm Türkiyə, həm də Azərbaycan bayrağı düyünlənib.

Separatçı kürdlərin siyasi təşkilatı Xalqlarin Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş Avropa turu çərçivəsində ötən bazar günü Almaniyanın Hamburq şəhərində toplantı keçirib. 

ANS-in məlumatına görə, ötən gün Türkiyənin əksər mətbu orqanları həmin tədbirdə bir çox ölkənin, hətta adı heç eşidilməyən ölkələrin bayraqları olsa da Türkiyə bayrağı olmadığını yazmışdı. Prezident Rəcəp Tayyib Ərdoğan “Beştepe” köşkündə keçirdiyi tədbirdə bu məsələni gündəmə gətirmiş, Hamburg toplantısında Trinidadın bayrağı asılıb, Yaponiyanın bayrağı asılıb, amma Türkiyə bayrağı asılmayıb” – demişdi. 


Digər bayraqların sırasında Türkiyə bayrağına düyün vurulub

HDP isə mətbuatda yayılan bu xəbərləri təkzib etmişdi. HDP sədrinin müavini Saruhan Oluç partiya adına bəyanat yayaraq zalda Türkiyə bayrağı olduğunu bildirmişdi: “Səlahəddin Demirtaşın çıxış etdiyi zalda bir çox bayraq olsa da Türkiyə bayrağı olmadığı iddia edilməkdədir. Həmin zal bir çox beynəlxalq tədbirlərin keçirildiyi idman kompleksidir və bütün ölkələrin bayraqları məkanın inventarı kimi zalda asılı idi.” 


Azərbaycan bayrağı da Türkiyə bayrağı ilə eyni aqibətə məruz qalıb

Bu bəyanatla yanaşı separatçılar iddialarını dəstəkləyəcək hər hansı bir foto şəkil təqdim etməmişdilər. Məsələnin həqiqəti isə sosial şəbəkələrdə paylaşılan foto və toplantıda çəkilmiş video çarxa baxdıqdan sonra meydana çıxmışdı. 


Baş verənlər sosial şəbəkədə etirazla qarşılanıb

Qeyd edək ki, zalda Türkiyə bayrağı və hətta Azərbaycan bayrağı da olub. Separatçı kürdlər isə dözümsüzlük nümayiş etdirərək həm Türkiyə bayrağını, həm də Azərbaycan bayrağını düyünləyərək böyük hörmətsizlik ediblər. 

əsas linklər