Rusiya raketlərin İrana düşməsini təkzib etdi

Rusiyanın  Müdafiə Nazirliyi Xəzərdən gəmilər vasitəsi ilə atılan raketlərin İrana düşməsi xəbərini təkzib edib.

Modern.az Report –a istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi idarəsinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyanat yayıb.

 

"Biz CNN-dən fərqli olaraq anonim mənbələrə istinadən danışmırıq, əksinə raketlərimizin atılmasını və onlar tərəfindən hədəflərin vurulmasını əməli olaraq real vaxt rejimində göstəririk", - deyə o bildirib.

 

"Ümumi danışa bilmərəm, lakin bu sahədə çalışan istənilən peşəkar bilir ki, bu kimi əməliyyatlar aparılan zaman, həmişə hədəfin zərbədən əvvəlki və sonrakı təsviri qeydə alınır. Bununla yanaşı, Suriya üzərində gecə-gündüz bizim pilotsuz uçan aparatlar qrupumuz işləyir", - deyə o bildirib.

"Ona görə, dünən yüksək dəqiqlikli silah ilə Suriyada İŞİD-in infrastrukturuna endirdiyimiz zərbələr Pentaqon və Lenqlidəki həmkarlarımız üçün nə qədər xoşagəlməz və "gözlənilməz" olsa da, hər halda gəmilərdən atılan bütün raketlər öz hədəflərini tapıb", - deyə general qeyd edib. "Bu faktdır. Yoxsa terrorçu İŞİD qruplaşmasının Suriyada bir-birindən əhəmiyyətli dərəcədə aralı yerləşən obyektlərinin ötən gün öz-özünə partlamasını etiraf etməli olardıq. Özü də sinxron olaraq", - deyə o bildirib.  

əsas linklər