PKK terrorçuları hərbçilərə hücum edib, ölən və yaralananlar var

Türkiyənin Şırnak vilayətində PKK terrorçuları hərbçilərə hücum edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 əsgər şəhid olub, 2 hərbçi və 2 kənd qoruyucusu yaralanıb.

 

Məlumata əsasən, əməliyyatdan qayıdan hərbçilər iri çaplı silah və qumbaraatanlardan atəşə tutulub.  

 

Baş verən atışma zamanı 3 hərbçi və 2 kənd qoruyucusu yaralanıb. Şirnak hərbi hospitalına çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

əsas linklər