Ümumrusiya Azərbaycanlıları Konqresində parçalanma

Ümumrusiya Azərbaycanlıları Konqressinin bir qrup üzvü təşkilatın rəhbərliyinin fəaliyyətsizliyinə etiraz edərək Azərbaycan və Rusiya prezidentinə müracitə edib.

Avropa.info-ya daxil olan müracitədə bildirilir ki, təşkilatda yaranmış böhran vəziyyəti və bu durumdan çıxmaq məqsədi ilə yeni Təşəbbüs Qrupu yaradılıb.

Azərbaycan prezidenti İlham Əliyevə və Rusiya prezidenti Valdimir Putinə ünvanlanan müracitədə  deyilir ki, Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və RF prezidenti Vladimir Putinın dəstəyi nəticəsində yaranıb. Təşkilatın yaranmasının əsas məqsədi də iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, xalqlar arasında əlaqələrin qarşılıqlı hörmət əsasında qurulmasına, həmçinin Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatlarının fəaliyyəini koordinasiya etmək və konsolidasiyasına nail olmaq, bu ölkədə yaşayan azərbaycanlıların üzləşdiyi problemlərini həll etməkdən ibarət olub. Təşkilat son bir ilədək üzərinə üzərinə düşən vəzifələri layiqincə yerinə yetiridi.  

Mikayıl Hüseynovun təşkilata Baş katib gətirilməsindən sonra  vəziyət tamamilə dəyişdi. O bu vəzifəni zəbt edib etməz təşkilatda pozuculuq fəaliyyəti ilə məşğul olmağa başladı və vəziyyət o yerə çatdı ki, Hüseynov indi vitse-prezident postunu ləğv etmək istəyindədir. Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbəri Məmməd Əliyev Rusiyada böyük nüfuza malik olmasına baxmayaraq son dövrlərdə təşkilatı idarə etməyə imkan vermir və layiqincə icra edı bilmir. Müracitəi ünvanlayanlar bəyan edirlkər ki,  Ümumrusiya Azərbaycanlıları Konqressi Azərbaycan hökuməti təərfindən maliyyələşdirilsə də, müəyyən adamlartəşkilatın adından müxtılif adlar altında soydaşlarımızdan pul yığırlar ki, bu da öz növbəsində  diaspor təşkilatları arasında yersiz ciddi narazıçılığa səbəb olur. Müracitəi imzalayanlar yaranmış vəziyyətdən çıxış yolu kimi Ümumrusiya Azərbaycanlıları Konqressində təcili dəyişiklik edilməsinə ciddi ehtiyac var. Müraciət edənlər bu vəziyyətdən çıxmaq üçün Ümumrusiya Azərbaycanlıları Konqressinin vitse-prezidenti Sakit Allahverdiyevin təşkilatın rəhbərliyinə gətirilməsində görürlər. Onlar hesab edirlıər ki, Allahverdiyevin Ümumrusiya Azərbaycanlıları Konqressinin rəhbərliyinə gətirilməsi ilə yaranmış bphran vəziyyətindən çıxmaq olar. Çünki onun idarəçilik qabliyyəti buna imkan verir.

Təşəbbüs qrupuna hazırda 1700 diaspor üzvü qoşulub və bu proses davam etməkdədir.

əsas linklər