Dünyanın 9 ən qeyri-adi oteli siyahida Bakıda inşa olunan otel də yer alıb

Rusiyanın topnews.ru saytı dünyanın yaxın illərdə fəaliyyətə başlayacaq ən qeyri-adi otellərinin siyahısını hazırlayıb.

AZƏRTAC topnews.ru saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycanda 2016-cı ildə fəaliyyətə başlayacaq "Hotel Crescent" mehmanxanası da yer alıb.

Siyahıda "Shimao Wonderland InterContinental" (Şanxay), "Poseidon Underwater Resort" (Fici), "Keemala Resort " (Tailand), "Lofoten Opera Hotel" (Norveç), "Amillarah Private Islands" (Dubay), "Royal Atlantis" (Dubay), "Salt&Water" (Serbiya), "Dawang" (Çin) otellərinin də adı vardır.

Qeyd edək ki, Koreya Respublikasında yerləşən "Heerim Architects and Planners" şirkəti tərəfindən layihələşdirilmiş otelin inşası Xəzər dənizinin üzərində aypara şəklində həyata keçirilir.

əsas linklər