
Noyabrın 12-də separatçı rejimin işğal altında saxladığı Dağlıq Qarabağda iki əsgər ölüb.
Düşmən tərəfi onların Azərbaycan ordusunun açdığı atəş nəticəsində məhv edildiyini bildirib.
Məlumatda qeyd edilir ki, noyabrın 12-də saat 21 radələrində qoşunların təmas xəttində Ermənistan ordusunun mövqeləri atəşə tutulub.
Nəticədə 20 yaşlı Vaqe Vanioyan və 19 yaşlı Mikael Torosyan aldıqları güllə yarasından ölüblər.