“Biz İranı ən çətin günlərində tək qoymadıq. Amma onlar bizi ən haqlı olduğumuz bir məsələdə yalnız buraxsalar köklü İran- Türkiyə dostluğuna zərər vermiş olurlar.”
Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının üzvlərinə xitab edərkən deyib.
Davudoğlu bütün dünyanın İrana qarşı olduğu bir zamanda Türkiyənin BMT-də Braziliya ilə birlikdə embarqoların əleyhinə əl qaldırdığını söyləyib.
“Əminəm ki, bir gün İran xalqı, səsini yüksəldəcək və "Türkiyəyə haqsızlıq etməyin" deyə səslənəcək.”
Xatırladaq ki, İranın təbii qazın Türkiyəyə ixracatını həyata keçirən terminalın direktoru Sadiq Əkbərpur Türkiyəyə ixrac olunan qazın böyük ölçüdə artırılması üçün texniki potensiala sahib olmadıqlarını açıqlamışdı.
Qeyd edək ki, iki ölkə arasında bağlanan 25 illik müqaviləyə əsasın İran Türkiyəyə gündəlik 30 milyon kubmetr qaz ixrac edir./avropa.info/