Rus nazir sensasion etiraf - "Bizi ağır günlər gözləyir..."
Büdcə gəlirinin az qala 70- 80 faizini  neft ixracından  qazananan Rusiya  neft qiymətlərinin dünya bazarında aşağı düşməsi ilə bərabər çətin günlər yaşayır.

Rusiya maliyyə naziri Anton Siluanov  Rusiyanı  çətin günlər gözlədiyini etiraf edib . 

"Biz bu il neftin  barel qiymətlərini 50 dollar olacağını güman edirdik  və büdcəmizi buna görə müəyyənləşdirdik. Lakin, qısa zamandan sonra, neftin qiymətinin 30 dollara düşəcəyi gözlənilir. Bəlkə də bundan da aşağı olacaq." 

Rus nazir  xalqa müraciət edərək hər şeyə hazır olmalağa çağırıb:

"Bir il əvvəl mütəxəssislər neft qiymətlərinin 40 dollardan aşağı  olacağını desəydilər hər kəs onlara gülərdi, amma təəssüf ki, indi həqiqət oldu. Bu üzdən bütün çətinliklərə hazırlıqlı olmalıyıq"./avropa.info/  
əsas linklər