Türkiyə Rusiyadan beynəlxalq məhkəmələrə şikayət edəcək

Türkiyə  Rusiyadan Ümumdünya Ticarət Təşkilatına və beynəlxalq məhkəmələrə şikayət etməyə hazırlaşır.

Bu barədə Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş “Daily Sabah” qəzetinə müsahibəsində bildirib. 

Nazir qeyd edib ki, Rusiyanın bütün kiçik şəhərlərində fəaliyyət göstərən Türkiyə şirkətlərinə öz səhmlərini rusiyalı tərəfdaşlarına satması üçün təzyiq göstərilir: 

“Ticarətin də mənəvi əsasları olmalıdır.Bu sahibkarlar ölkəyə investisiya yatırmaqla Rusiya rəhbərliyinə etimad göstəriblər. Biz beynəlxalq məhkəmələrdə bütün zərərçəkənlərin hüquqlarını bərpası istiqamətində çalışacağıq”.

M. Elitaşın sözlərinə görə, hazırda şikayət ərizəsinin təqdim olunması üçün sübutlar toplanır./apa/

əsas linklər