İstanbul- Bakı aviareysi təxirə salınıb

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 23-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Xatırladaq ki, təyyarə yerli vaxtla saat 22:55-də İstanbuldan uçmalı idi.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

əsas linklər