
Beynəlxalq münasibətlər üzrə eksperti Kərim Əsgəri Amerikanın Səsi ilə söhbətdə beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra İranın Qərb və qonşu ölkələrlə münasibətləri, eləcə də ölkə daxilində iqtisadiyyat, siyasət və insan haqları üzrə durumun hansı istiqamətdə dəyişəcəyi haqda düşüncələrini paylaşıb.
Sanksiyaların İranın iqtisadiyyat və sənayesinə vurduğu zərbəyə işarə edən Əsgərinin dediklərinə görə, sanksiyaların aradan qaldırılması İran üçün dəyərli bir fürsətdir. Belə ki, illər boyu tətbiq edilən qadağaların effekti İran üçün dağıdıcı olub.
Onun fikrincə nüvə razılaşmasının sanksiyaların aradan qaldırılması ilə nəticələnməsi İran İslam Respublikası üçün həm siyasi həm də iqtisadi baxımdan bir irəliləmə sayılır:
Əsgəri İranın beynəlxalq öhdəliklərini yerinə yetirməkdə keçmiş göstəricilərinin yaxşı olmadığını deyir: “Bu, asan məsələ deyil. Sanksiyaların götürülməsi ilə İran və ABŞ arasında əlaqələrin normallaşmağa doğru gedəcəyini indidən söyləmək mümkün deyil... İran göstərib ki, çox zaman verdiyi sözləri tutmur. Çünki, İranda qərar verən qüvvələr fərqlidir. Prezident Həsən Ruhani bu gün bir şey deyir, və sabah Ayətulla Xamneyi gəlir, fərqli danışır. Mən bu məsələdə optimist deyiləm.”
Kərim Əsgəri İran-Qərb yaxınlaşması, yaxud sanksiyaların aradan qaldırılmasının ölkə daxilində siyasi atmosfer ya insan haqları durumunun yaxşılaşmasına yol verəcəyi anlamına gəlmədiyini ifadə edip.
“İnsan haqları pozuntuları davam edir və özəlliklə qeyri-farslar ilə əlaqəli şərtlərin dəyişməyəcəyini indidən söyləmək mümkündür.”