Millət vəkili: Rəsmi İrəvanı qeyri-insani əməllərdən əl çəkməyə çağıran sənədin qəbulu böyük bir uğurdur

AŞPA-da çox ciddi bir sənəd qəbul olundu. 

“Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı sənəddə Ermənistanın işğalçılığı birmənalı şəkildə vurğulanır, insanlığa qarşı addımları, Sərsəng su anbarı ilə bağlı məsələ geniş şəkildə öz əksini tapır. 

Bu haqda Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Millət vəkili bildirib ki, məruzəçi xanım Milica Markovuç Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə bitişik bölgələrimizdə Ermənistanın qeyri-insani əməlləri nəticəsində yaranmış su problemi, onun insanlarımızım həyatına ciddi təsiri ilə bağlı geniş çıxış etdi və bildirdi ki, AŞPA bu məsələyə özünün münasibətini bildirməli və bu vəziyyətin aradan qalxması üçün addımlar atmalıdır:

“Ermənistanı və onun nümayəndə heyətini kəskin tənqid edən məruzəçi rəsmi İrəvanın məsələni yerində araşdırmaq üçün onu işğal etdikləri Azərbaycan bölgələrinə buraxmamasını, məruzəçi ilə əməkdaşlıqdan imtina etməsini kəskin tənqid etdi. 

Qəbul edilən sənəddə Ermənistanın, erməni lobbisi və dəstəkçilərinin bütün səylərinə, düzəliş təkliflərinə baxmayaraq onların əksəriyyəti qəbul edilməsi və bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi məsələsi birmənalı şəkildə sənəddə öz əksini tapır. Eyni zamanda qeyri-insani əməlləri. Rəsmi İrəvanı qeyri-insani əməllərdən əl çəkməyə çağıran sənədin qəbulu böyük bir uğurdur“.

Q.Paşayeva hesab edir ki, Ermənistanla bərabər onların Avropadakı dəstəkçilərinin də Azərbaycan əlehinə çox çalışmasına baxmayaraq belə bir sənədin qəbulu çox ciddi məsələdir və bu kimi sənədlərin qəbulu istiqamətində Ermənistan, diaspor və lobbisi, dəstəkçi ölkələri və güclərinə rəğmən Azərbaycan bütün beynəlxalq təşkilatlarda işi daha da gücləndirir ki, bu çox önəmli məsələdir.

əsas linklər