
Onun sözlərinə görə, Azərbaycanda prezident seçkiləri başa çatandan sonra toplantının xüsusi planı tərtib olunacaq: “Amma bu il ərzində görüş mütləq təşkil olunacaq. Toplantıda əməkdaşlığın geniş spektrini əhatə edən məsələlər, o cümlədən siyasi, iqtisadi, mədəniyyət, təhsil məsələləri müzakirə ediləcək.
Eyni zamanda ötən il keçirilmiş toplantıda verilən qərarlarla bağlı hansı irəliləyişlərin əldə olunduğuna baxılacaq. Bundan əlavə, yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirmişik. Bununla bağlı Azərbaycan və Türkiyə səfirlikləri qarşılıqlı olaraq fəaliyyət göstərirlər".
Qeyd edək ki, Azərbaycan Türkiyə Yüksək Səviyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı ötən il Qəbələ şəhərində keçirilib.