Xocalı Soyqırımının tanınması ilə bağlı təklif məktubuna cavab gəlib

İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi (Əməkdaşlıq) Cəmiyyətinin Sədri Asif Qurban və cəmiyyətin İdarə Heyyəti üzvüleri Türkiyə Böyük Millət Məclisni ziyarət edib, Xocalı Soyqırımının tanınması ilə bağlı təklif məktubu veriblər. 

TBMM-in məktublar Komissiyasından onlara cavab gəlib. Cavabda, Azərbaycan Qardaşlıq və İşbirliyi Cəmiyyətinin təklifi hörmətlə qarşılandığı, sadəcə məclisin daxili nizmanaməsinə görə təklif yalnız  millət vəkilləri tərəfındən verilə və  müzakirə olunduğu bildirilib. Bu baximdan məktubda irəli sürülən tələbin komissiya tərəfindən yerınə yetrilməsinin mümkünsüz olduğu qeyd edilib.

'Bizə verilən cavabı hörmətlə qarşılayırıq. Təbii ki, məclisin daxili nizamnaməsinə müdaxilə edə bilmərik. Belə bir düşüncemizdə yoxdur. Amma Türkiyədə gözəl bir söz var. 'Demokratiyada çarələr tükenmez'. Türkiyə Cumhuriyyəti Demokratik bir ölkədir. Çarələrin tükənmədiyi bir yerdə yaşayırıq.

Odur ki, gecikmədən AKP, CHP və MHP-dən olan millət vəkilləri ilə görüşməyi planlaşdırırıq. Görüşəcəyimiz millət vəkillərinin Xocalı soyqımına dair irəli sürdüyümüz təklifin  Türkıyə Böyük Millət Məclisində qaldıracaqlarına əminik.

Biz iki devlet bir miletik! Azərbaycanın dərdi Türkiyənin, Türkiyənin dərdi Azərbaycanın dərdidir. 

Artıq, bunu təkrarlamağa da ehtiyaç yoxdur.  AK Parti Adana Millət vəkili, TBMM Türkiyə - Azerbaycan Dostluq Qrupu Başqanı Prof. Dr. Necdet Ünüvarın 20 yanvar hadisələriylə ilgili ortağa qoyduğu təpki bunun bariz nümunəsıdır' deyə Asif Qurban bildirib. 

əsas linklər