Müşavir: \"Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələri istənilən səviyyədə deyil\"

“Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələri istənilən səviyyədə deyil”.

 

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta deyib. O bildirib ki, Azərbaycandan Türkiyəyə gedən turist sayı orta statistik rəqəmlə ildə 650 mindir: “Bu rəqəm 2015-ci ildə 602 min olub. Orta hesabla 8 faiz azalma var. Türkiyədən Azərbaycana isə 2015-ci ildə 344 min turist gəlib. Bu, bizim istədiyimiz rəqəm deyil. Bu rəqəmin artırılmasının yollarının axtarmalıyıq. İki ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək üçün davamlı təbliğatın aparılmasına ehtiyac var”. 

əsas linklər