AZAL Tbilisiyə uçuş vaxtını dəyişəcək

"Azərbaycan Hava Yolları" QSC bu il martın 1-dən Bakı-Tbilisi istiqaməti üzrə reyslərin uçuş vaxtını dəyişəcək. Bunu Trend-ə QSC-nin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, hazırda Tbilisiyə reyslər çərşənbə axşamları və bazar günləri üzrə Bakı vaxtı ilə saat 09:30-da həyata keçirilirsə, martın 1-dən uçuş həmin günlər lakin saat 14:00-da və Tbilisiyə yerli vaxtla saat 15:10-da enişlə həyata keçiriləcək.

Reyslərin vaxtının dəyişməsi Tbilisi aerportunun eniş-uçuş zolağındakı tikinti işləri ilə əlaqədardır.

əsas linklər