Ankara terroru ilə bağlı rəsmi açıqlama: 34 ölü, 125 yaralı-Foto

“Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində hadisə yerində 30 nəfər dünyasını dəyişib. 4 nəfər isə xəstəxanalarda həyatını itirib. Hadisə yerində ölənlərdən 1 və ya 2 nəfəri terrorçu ola bilər”.

Bunu hökumətin 1 saat 20 dəqiqəlik toplantısından sonra mətbuat üçün açıqlama verən Türkiyə Sağlık Bakanı Mehmet Müezzinoğlu bildirib.  

Mehmet Müezzinoğlunun sözlərinə görə, hazırda xəstəxanalarda 125 yaralı var: 

“Yaralılardan 19 nəfərinin vəziyyəti ağırdır. Onlardan 7 nəfəri əməliyyata alınıb. 

Qalan yaralıların vəziyyəti qənaətbəxşdir”./modern/

əsas linklər