
Bakıda Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən Dünyada Cənubi Qafqaz” adlı II Forumu start götürüb. Tədbirdə Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, PA rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, gənclər və idman naziri Azad Rəhimov, xarici işlər nazirinin müavini Araz Əzimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, ABŞ-ın “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridman, Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rektoru Bülənt Aras və digərləri çıxış edəcəklər. Tədbir çərçivəsində “Region uğrunda geosiyasi rəqabət”, “Enerji təhlükəsizliyi: Xəzər regionunun qlobal enerji təhlükəsizliyinə töhfəsi”, “Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: Mürəkkəb vəziyyətdən çıxış yolu axtarışında”, “Cənubi Qafqaz regionu Avropa ilə Asiyanın kəsişməsində” mövzularında keçiriləcək panellərdə müzakirələr aparılacaq. Forum sentyabrın 3-də yekunlaşacaq.