Şəhid olan hərbçilərimiz dəfn edilib - Foto

Dünən Qazax rayonu istiqamətində Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri Qəfarəli İntiqam oğlu Hacıyev dəfn edilib.

1997-ci il təvəllüdlü əsgər doğulduğu Yevlax rayonunun Qaraoğlan kənd məzarlığında torpağa tapşırılıb.

Mərasimdə Yevlax İcra Hakimiyyətinin rəsmiləri, rayon Hərbi Komissarlığının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri iştirak edib.

Qeyd edək ki, martın 27-də ermənilər Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə soxulmağa cəhd göstəriblər. 

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. 

Ötən gün Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlı dəfn edilib.

1992-ci il təvəllüdlü Qalib Laim oğlu Zülfüqarlı bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb./apa/

 

əsas linklər