
Zaman-zaman Azərbaycanın, Türk dünyasının tarixi şəxsiyyətlərinə, tanınmış simalarına dil uzadan, bir çox hallarda onların etnik mənsubiyyətini şübhə altına alıb özününküləşdirməyə çalışan PKK yandaşlarının bu dəfəki hədəfi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olub.
Turkustan.info xəbər verir ki, terrorçü PKK təşkilatının İranda fəaliyyət göstərən qanadı - PJAK-a yaxın bir Facebook səhifəsində Mübariz İbrahimovun şəkli verilib və haqqında bu sözlər yazılıb: “Mubariz Hogirov – Təkbaşına erməni bölüyünə girib 50 baş alan bu Azeri Kürdünü neçə kişi bəyənir?”.
Göründüyü kimi, terror təşkilatı yandaşları M.İbrahimova sahiblənmək cəhdi ilə yanaşı, onun soyadını da təhrif ediblər.