Həmsədrlər Bakıda görüşlərə başlayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri - rusiyalı İqor Popov, fransalı Pyer Andryu və amerikalı Ceyms Uorlik bu gün Bakıda görüşlərə başlayıblar.

 

APA-nın məlumatına görə, diplomatların Azərbaycan prezidenti İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.

 

Həmsədrlər sabah Azərbaycanın işğal olunmuş bölgəsi Dağlıq Qarabağda olacaqlar. Onların Ermənistan səfəri isə aprelin 9-na nəzərdə tutulub.

əsas linklər