
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin sayı 17,9 min nəfər və ya 0,2 faiz artaraq 2016-cı il mart ayının 1-i vəziyyətinə 9723,5 min nəfərə çatıb.
Əhalinin 1 kv. km olan sıxlığı 112 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.