Milli fəalın ziyarətinə kütləvi axın

Yenicə azadlığa buraxılan azərbaycanlı şair, milli-mədəni fəal Əli Cabbarinin görüşünə gedənlərin sayı artər. Milli fəal iki gün öncə azadlığa buraxılıb.

Onun azad edilməsindən sonra Təbriz, Ərdəbil, Qoşaçay, Səlmas və Güney Azərbaycan başqa şəhərlərindən 70-ə yaxın azərbaycanlı milli-mədəni fəal Əli Cabbari ilə elə onun öz mənzilində görüşüblər. 


Qeyd edək ki, daha çox, Güney Azərbaycanda milli-mədəni hüquqlar mövzusunda türk dilində səsləndirdiyi tənqidi şeirlərilə tanınan milli fəal iyulun 20-də tutulmuşdu.

Həmin gün şair ETTELAAT-a (İran Kəşfiyyat Nazirliyi) çağırılmasının səbəbini aydınlaşdırmaq üçün müraciət edərkən həbsə olunaraq Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb.

Əli Cabbari bundan əvvəl 2010-cu il dekabrın 24-də həbs edilib və ETTELAAT-ın təcridxanasında 20 gün sorğu-sual edildikdən sonra 50 milyon tümən zəmanətlə şərti azadlığa buraxılmışdı.

Təbriz İnqilab Məhkəməsi azərbaycanlı şairi hakimiyyət əleyhinə təbliğat aparmaq və pantürkist şeirlər yazmaqda günahlandıraraq 4 ay həbs cəzasına məhkum etmişdi.

əsas linklər