Türkiyə ordusu 50 İŞİD üzvünü məhv edib

Türkiyə artilleriyası "İslam dövləti" (İŞİD) terror təşkilatının 50 üzvünü məhv edib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri İŞİD-in Suriyadakı mövqelərini "Fırtına" qurğularından atəşə tutub.

Daha öncə Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən roket mərmisinin düşüb, nəticədə bir nəfər ölüb.

əsas linklər