Ermənistan müstəqilliyindən imtina etməyə başlayıb
 


İrəvan əvvəl Gömrük İttifaqına, sonra Avrasiya İqtisadi Birliyinə qatılmaq fikrindədir

Ermənistan Gömrük İttifaqına girmək istəyir və daha sonra Avrasiya İqtisadi Birliyinin yaradılmasına qatılmaq fikrindədir. Bu barədə Rusiya və Ermənistan prezidentlərinin Moskvada keçirilmiş görüşünün yekununda bildirilir. 

"Ermənistan prezidenti Serj Sarqsyan Ermənistan Respublikasının Gömrük İttifaqına girmək və bu istiqamətdə lazımi praktiki addımlar atmaq, daha sonra Avrasiya İqtisadi İttifaqının yaradılmasında iştirak etmək istəyi barədə məlumat verib", - deyə Rusiya və Ermənistan prezidentlərinin birgə bəyanatında bildirilir. 
əsas linklər