Azərbaycan Qlobal Rəqabətlilik Reytinqində 39-cu yerə yüksəlib

Azərbaycan Qlobal Rəqabətlilik İndeksinə görə Rusiya, Ermənistan və İranı geridə qoyub

  Qlobal Rəqabətlilik İndeksinə (Global Competitiveness Index) görə qiymətləndirilməsi aparılan 148 arasında Azərbaycan 39-cu pillədə qərarlaşıb və ötən ilə nisbətən mövqeyini 7 bənd yaxşılaşdırıb.

 Ümumiyyətlə, reytinqə əvvəlki ildə kimi İsveçrə başçılıq edir. İlk onluğa həmçinin Sinqapur (keçən il – 2-ci pillə), Finlandiya (3), Almaniya (6), ABŞ (7), İsveç (4), Honkonq (9), Niderland (5), Yaponiya (10) və Böyük Britaniya (8) daxil olub.

 Qeyd edək ki, ilk yeri tutan İsveçrə qiymətləndirmə nəticəsində 5,67 bal, Azərbaycan 4,51 bal, reytinqi tamamlayan Çad isə 2,85 bal toplayıb.

 Maraqlıdır ki, Türkiyə bu reytinqdə 4,45 bal (44-cü yer), Qazaxıstan 4,41 bal (50-ci yer), Rusiya 4,25 bal (64-ci yer), Gürcüstan 4,15 bal (72-ci yer), Ermənistan 4,10 bal (79-cu yer), İran isə 4,07 bal (82-c yer) ilə qiymətləndirilib.

əsas linklər