
Bu ilin aprel ayı ərzində erməni silahlı birləşmələrinin cəbhə bölgəsində törətdiyi təxribatlarla bağlı cinayət işi başlanıb.
Bu barədə Trend-ə Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.
X.Vəliyev bildirib ki, erməni hərbçilərinin aprel ayının 2-dən 5-ədək təmas xəttində törətdiyi təxribatlar nəticəsində Azərbaycan Silhalı Qüvvələrinin hərbçiləri şəhid olub.
Faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb və istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, aprelin 1-dən 2-ə keçən gecədən etibarən aprelin 5-dək cəbhə böplgəsində erməni hərbi birləşmələrinin törətdiyi təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin həbçiləri şəhid olmuşdu.
Hadisə nəticəsində ermənistan silahlı birləşmələri xeyli itki verərək geri çəkilmək məcburiyyətində qalmışdılar.