
Tofiq Bəhramov adına respublika stadionunda Ağdamın «Qarabağ» və Bakının «Neftçi» klubları arasında futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib.Modern.az saytı xəbər verir ki, oyunun əsas vaxtında hesab açılmayıb.
Hamı Kubokun taleyinin 11 metrlik cərimə zərbələri seriyasında həll olunacağını gözlədiyi vaxtda «Qarabağ»ın legioneri Miçel fəxri mükafatı komandasına qazandıran topu bakılıların qapısından keçirib.
Belə ki, 120-ci dəqiqədə "Qarabağ" Miçelin baş zərbəsi ilə hesabı açdı. Bundan bir dəqiqə sonra Erik Ramos rəqibə bilərəkdən zərbə endirərərək qırmızı vərəqə ilə cəzalandırıldı. Ağdamlıların say üstünlüyü cəmi bir dəqiqə çəkdi. Bu dəfə digər cənubi amerikalı Reynaldo Kamal Qurbanovun ayağına bilərəkdən təpik vurdu və bu da qısamüddətli qalmaqala səbəb oldu. Braziliyalı qırmızı vərəqə "payını" aldıqdan sonra görüş başa çatdı. Qarabağ mövsümü qızıl dublla başa vurdu.