Azərbaycanda Müəllimlər Günü qeyd olunur

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. 

5 oktyabr Beynəlxalq Müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il il oktyabrın 5-də YUNESKO verib. 

Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. 

İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edir.

Hazırda Azərbaycanda 150 mindən çox orta məktəb müəllimi fəaliyyət göstərir. 

Azərbaycanda Müəllimlər günü 1993-cü ildən qeyd olunur.

əsas linklər