Açıqlama: \"Şah İsmayıla hücum etmək Türklüyə hücum etmək deməkdir\"

Tarixi şəxsiyyətlərin bu günə baxan yönlərini nümunə götürüb onları ucaltmaq lazımdır...

Bunu Karabakh.Today-ə xüsusi açıqlamasında XXI Yüzyıl Türkiyə İnstitutunun elmi məsləhətçisi, ələvilik və etnik kimliklər üzrə mütəxəssis Əli Rza Özdəmir deyib. 

Əli Rza Özdəmir Şah İsmayılın hakimiyyəti dövründə şiəliyin hamisi olduğu kimi, eyni zamanda Türk mədəniyyətinin ərəb və fars mədəniyyəti altında əzilməsinə icazə verməmiş bir tarixi şəxsiyyət kimi dəyərləndirilməli olduğunu da sözlərinə əlavə edib: 

"Şah İsmayıl haqqında Azərbaycanda yaşanan müzakirələrlə tanış deyiləm. Mən ümumi prinsiplərə təmas etməklə kifayətlənəcəyəm. Birincisi, tarixi şəxsiyyətləri bu günün dəyərləri ilə yox, yaşadığ dövrlərə baxaraq dəyərləndirmək lazımdır. Çünki bu gün bizə səhvmiş kimi gələn dəyərlər o dövr üçün doğru ola bilər. Bunun kimi bundan 500 il sonra bu günə baxanlar da bizim bir çox işimizdə səhv tapa bilərlər. 

İkincisi, tarixi şəxsiyyətlərin bu günə baxan yönlərini nümunə götürüb onları ucaltmaq lazımdır, yoxsa səhvlərini təkrarlamaq ağıllı bir hərəklət deyil. Hər tarixi şəxsiyyətin mütləq səhvi olub. Bunun üçün akademik müstəvidə müzakirələrə ehtiyac var, ancaq bu səhvlər üzərindən bütün doğruları yox saymaq, ən azından pis niyyətli olmaqdır.

Tarixdə Şah İsmayılın iki kimliyi mövcuddur. Birincisi şiə/qızılbaş kimliyi, ikincisi Türk kimliyi. Şah İsmayıl ilə bağlı problemi olan birisinin yəqin ki, bu iki kimlikdən biri ilə problemi olan bir insandır. İndiyə kimi Şah İsmayıla hücum edən Osmanlının təəssübünü çəkənlər və hadisələrə məzhəb prizmasından baxanlar idi. 

Çox şükür ki, son dövrlərdə Türkiyədə Türk milliyyətçilərində Səfəvilərə qarşı tövrlər bir az qırıldı. Artıq Osmanlı Səfəvi mübarizəsinin tarixdə qalan bir problem olduğunu və hər ikisinin də Türk dövləti olduğunu bilirik və bunu belə dərk edirik.

Şah İsmayıla hücum edənlərə daha sonra fars millətçiləri də qoşuldu. Onların da əsas arqumenti Şah İsmayılın Türk kimliyi və İranı şiələşdirməsi idi. Başqa kimlər hansı səbəblərə görə Şah İsmayıla hücum edir, düzü bunu anlamaq bir qədər çətindir. 

Əgər bir insan məzhəbçi, Türk düşməni, yaxud da cahil deyilsə, Şah İsmayıla hücum etməz. Bunun üçün heç bir səbəb görmürəm. 

Əgər bəziləri Şah İsmayıla şiəlik baxımından hücum edirsə, hədəf Azərbaycanın şiəliyi, əgər Türklük baxımından hücum edirsə, hədəfi Azərbaycanın Türk kimliyidir. Təbii ki, təkrar edirəm, akademik səviyyədə və toplantılarda tənqid başqa şeydir. Bu məqamı qarışdırmamalıyıq.

Şah İsmayıl dövründə şiəliyin hamisi olduğu kimi, Türk mədəniyyətinin ərəb və fars mədəniyyəti altında əzilməsinə icazə verməmiş bir hökmdardır. Qurduğu dövləti, Türk dövlət ənənəsi içində qurmuş və yaşatmış, dövründə yaşayan bir çox Türk dövlətindən daha çox Türklüyə sadiq qalmışdır. 

Hətta onun Xətai  təxəllüsü ilə yazdığı arı duru türkcə şeirləri, Türklüyün vicdanlara və ürəklərə yerləşməsini təmin etmişdir. Şah İsmayıl Türklüyü təkcə dövlətində yox, kimliyində də yaşadıb. 

Şah İsmayıla hücum etmək bu coğrafiyadaki dini kimliyə hücum etmək deməkdir. Şah İsmayıla hücum etmək Türklüyə qarşı hücum etmək deməkdir. İkisinə də yol verməmək lazımdır."

əsas linklər