
Türkiyənin Qaziantep şəhərində antiterror əməliyyatı zamanı terrorçu özünü partladıb.
Polisin keçirdiyi antiterror əməliyyatı zamanı bir terrorçu özünü partladıb.
Jurnalistlərə açıqlama verən Qaziantep valisi bildirib ki, hadisə zamanı 3 polis şəhid olub. İlkin məlumata görə, 4-ü Suriya vətəndaşı olmaqla 8 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım maşını cəlb olunub, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.