2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Gürcüstana məhsul ixracının həcmi 17,4 faiz azalaraq ümumilikdə 321,16 milyon dollar təşkil edib. Trend bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatına istinadən məlumat verir. Hesaba

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüb. 

Edvard Nalbandyan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşiki qəbul edib.

Ermənistan mediasının məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair bir sıra məsələlər müzakirə olunub.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı hələlik müəyyənləşməyib:

“Prezidentlər hazır olarsa, istənilən vaxt bu görüşü təşkil etməyə hazırdırlar”./modern/

əsas linklər