
Ermənilər Azərbaycan təbiətinin nadir bitkilərindən olan əvəliyi öz adlarına cıxıblar. Qaynarinfo.Az xəbər verir ki, bu barədə Amerikada nəşr olunan dərgilədən biri yazıb.
Jurnal oxuculara rasionlarına “bu qiymətli erməni bitkisini” salmağı tövsiyyə edib.
Millət vəkili Sahib Alıyev isə bu xəbəri “Facebook” səhifəsində maraqlı şərh edib.
“Forpostbaşı Serj Sərkisyanın Amerikaya ötən aykı səfəri deyəsən öz nəticəsini verməkdədir. Xatırladaq ki, səfərdə məqsəd iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək idi. Genişləndirirlər. Ermənistan Amerikaya yeni məhsul ixrac etməyə başlayacaq. Bilirsinizmi nə? Yox, Armenikum deyil, əvəlik(http://analitikaua.net/…/amerikantsam-rekomenduyut-popolni…/). Özü də sən demə əvəlik də qədim erməni bitkisiymiş.) Dağlıq Qarabağ "qədim erməni torpağı" olan kimi...”