
Noyabrın 11-i gecə saat 2 radələrində “Təbriz Sağlamlıq Mərkəzi”nin binasında şiddətli partlayış olub.
Təbriz Bələdiyyəsinin Yanğınsöndürən və Güvənlik Xidmətləri Mərkəzinin rəis müavini Cəlil Səttari hadisənin qaz sızmasından baş verdiyini bildirib. Onun sözlərinə görə, şiddətli partlayış nəticəsində sağlamlıq mərkəzinin binası ciddi zərər görüb, onun bir hissəsi uçub.
Məlumata görə, güclü partlayış səsləri Ətrafdakı bina və mağazaları da bürüyüb, həmin binların şüşələri qırılıb.
Hadisə yerində olan insanların xəsarət alıb-almadığı barədə heç bir məlumat yoxdur.