
ABŞ Nümayəndələr Palatası noyabrın 15-də İrana qarşı sanksiyalar qanununu daha 10 il müddətinə uzadıb.
Nümayəndələr Palatasında keçirilən şifahi səsvermədə 419 nəfər sanksiyalar qanununun müddətinin uzadılmasının lehinə, 1 nəfər isə əleyhinə səs verib. 1996-cı ildə Amerikanın keçmiş prezidenti Bil klintonun prezidentliyi dövrndə qəbul edilən bu qanun, İranın energetika sənayesi sahəsində hər hansı bir sərmayə qoyuluşuna qadağa qoyur.
İrana qarşı sanksiyalar qanununun vaxtı uzadılmasaydı, onun müddəti 2016-cı ilin sonunda başa çatacaqdı. Bildirilir ki, bu layihə əvvəlcə ABŞ Senatı tərəfindən qəbul edilməli, sonra isə prezident Barak Obama tərəfindən imzalanmalıdır.