Azərbaycan və Belarus Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdırlar

Azərbaycan və Belarus Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdırlar.

Bu barədə Belarus Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenkonun görüşündən sonra verdikləri birgə bəyanatda bildirilir.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul etdiyi prinsiplər və normalarına uyğun olaraq, ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in  müvafiq qərarlarına uyğun olaraq həllinin vacibliyini vurğulayıblar.

Dövlət başçıları ATƏT-in Minsk qrupu və həmsədrlərin Dağlıq Qarabağ münaqişənin nizamlanmasına dair səylərinə toxunaraq münaqişənin tezliklə həllində səmərəliliyin artırılması, eləcə də əlavə siyasi təkanın verilməsinin və münaqişənin tezliklə həll olunmasının əhəmiyyətini vurğulayıblar./apa/

əsas linklər