
Bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib
“Azərbaycan və İranın dəmir yollarının birləşdirilməlidir”. Bu sözləri Nəqliyyat naziri Ziya Məmmədov İran nəqliyyat naziri ilə görüş zamanı bildirib. Görüş Türkiyənin İstanbul şəhərində keçirilən XI Beynəlxalq Nəqliyyat, Dənizçilik və Xəbərləşmə Şurasına üzv ölkələrin toplantısı çərçivəsində baş tutub.
Görüşdə hər iki tərəf beynəlxalq sahədə ikitərəfli əlaqələrin inkişafında nəqliyyatın əhəmiyyətini vurğulayıblar. Ziya Məmmədov həmçinin İran quru yollarında Azərbaycan dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin normal hərəkətinə yaradılmış şəraitə görə iranlı həmkarı Abbas Axundiyə təşəkkür edib.
Qeyd edək ki, 3 gün dəvam edəcək konfransda müxtəlif ölkələrdən olan 16 nazir və altı nazir müavini iştirak edib.