Millət vəkili Q.Paşayeva AŞPA-da Çingiz Qurbanov, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı çağırış edib

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Çingiz Qurbanov, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı çağırış edib.

NewsAze xəbər verir ki, AŞPA-da "Azad müzakirələr" zamanı çıxış edən millət vəkili Q.Paşayeva ilk öncə şəhid Çingiz Qurbanovla bağlı danışaraq AŞPA-nı onun cəsədinin Azərbaycana qaytarılması istiqamətində səylərini artırmağa çağırıb.

"Baş katib cənab Yaqlanda təşəkkür edirəm Çünki Avropa Şurasının Baş katibi Thorbjorn Jagland dekabrın sonunda Azərbaycan -Ermənistan sərhədində silahlı toqquşma zamanı həlak olmuş,şəhid olmuş azərbaycanlı əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı narahatlıq ifadə edib və cəsədin təxirə salınmadan geri qaytarılmasına çağırış edib. 

Bununla bağlı Azərbaycan dövləti və Qızıl Xaç cəmiyyətinin də çalışmaları var amma təssüf ki bu günə qədər müsbət bir irəliləyiş yoxdur. Biz buradan cənab Yaqlandın çağırışına müsbət cavab verilməsinə və cəsədin geri qaytarılmasına çağırırıq".

Millət vəkili Q.Paşayeva çıxışında Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi siqqət ayırıb və AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb.

"Biz cənab Yaqlanda və cənab Aqramunda Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdikləri açıqlamalara və çalışmalarına görə də təşəkkür edirik. Təssüf ki onların azadlığa buraxılması istiqamətində də hələ ki heç bir müsbət irəliəyiş yoxdur və Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi onların azadlığa buraxılması istiqamətində Assambleyamızdan səyləri daha da artırmalarını gözləyir və çağırırlar".

Millət vəkili Q.Paşayeva AŞPA-da Azərbaycan əlehinə və nümayəndə heyətimiz əlehinə fikirlərlə çıxış edən Ermənistan millət vəkili Farmanyanada da cavab verərək onun Azərbaycan əlehinə, Azərbaycan nümayəndə heyəti əlehinə doğru olmayan, yanlış fikirlərini kəskin qınayırıq və Assambleyamıza bu cür doğru olmayan fikirlərin söylənməsinin çox yanlış olduğunu xüsusi vurğulamaq istəyirlk deyib.

əsas linklər