ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Azərbaycana gəlib

ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana gəlib.


Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 Diplomat Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcək. 

 Bu, yeni həmsədrin bu postda regiona ilk səfəridir.

 C. Uorlikin Bakıya səfər sentyabrın 10-da başa çatacaq. O, səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.

əsas linklər