İranda 5 nəfər edam edilib

Gilan vilayətində 3, Xuzistan vilayətində 1, Kohgiluyə və Boyer-Əhməd vilayətində də 1 nəfər asılıb.

 

Gilanda 1 nəfər qətl, 2 nəfər isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölüm cəzasına məhkum edilib. Hər üç şəxs sentyabrın 7-də edam edilib.

 

Xuzistan vilayətində 1 məhbus silahlı soyğunda günahlandırılaraq ölüm cəzasına məhkum olunub.

 

Kohgiluyə və Boyer-Əhməd vilayətində 1 nəfər gənc isə qətldə ittiham olunaraq edam edilib.

 

Qeyd edək ki, müttəhimlərin bəzilərinin ad və soyadlarının baş hərfləri və ya atalarının adları qeyd olunub.

əsas linklər