
Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyasının binasında cari ilin fevral ayında döyülmüş Azərbaycan diasporunun üzvləri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovun işi ilə bağlı aparılan araşdırmanın dayandırılması faktına münasibət bildirib.
XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qarşı tərəfin lazımi dəlilləri olmadığı üçün işi dayandırdığını bildirib: “Amma bu məhkəmə prosesinin bitməsi deyil, məhkəmə istintaqına yenidən müraciət olunması nəzərdə tutulur".
Xatırladaq ki, bu işin araşdırılması əvvəlcə Paris jandarmeriyasına, daha sonra prokurorluğa verilib.