Ermənilər “Metsamor” AES-dən əl çəkmək istəmir

Qonşularımız region üçün real təhlükə mənbəyi olan AES-in istismar müdətini 2016-cı ilədək artırmaq istəyirlər

Ermənistan höküməti “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı məsələyə baxacaq. AES-in ikinci etapda işlənilməsi üçün enerji bloklarında bir sıra dizayn dəyişilikləri ediləcək.

Bu məqsədlə Ermənistanın Enerji və Təbii Sərvətlər Nazirliyi Rusiyanın “Rosatom” Korporosiyası ilə saziş imzalayacaq. "Rosatom" AES-in avadanlıq və binalarının interyerində monitoring işlərinə başlamağı planlaşdırır.

Qeyd edək ki, “Metsamor” AES 1980-ci ildə istismara verilib. AES-in istismar müddəti 1995-ci ildə başa çatıb. Ermənistan köküməti AES-də yenidən qurma işləri aparmaqla AES-in istismar müddətini 2016-cı ilə qədər uzatmaq istəyir.

Türkiyə və Azərbaycan tərəfi isə istismar müddəti başa çatmış AES-in region üçün real təhlükə mənbəyi olması barədə bir sıra betynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb.

əsas linklər