
Bu il UNESCO tərəfindən “Seyid Yəhya Şirvaninın anma ili" elan edilib
Bu çərçivədə başda Azərbaycan olmaq üzrə, mirasın paydaşları olan Türkiyə və Balkanlarda müxtəlif tədbirlər, konfranslar keçiriləcək. Avrasiya Ekonomi İşiklər Dərnəyi, Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin və Baş Nazirlik yanında Xarici Türklər və Əqrəba Topluluqları başqanlığı və TÜRKSOY-un dəstəyi ilə “Seyid Yəhya Şirvanini anma ili” çərçivəsində “Xəzərin Piri Seyid Yəhya Şirvani” adlı sənədli film çəkilir. “Sorbetpr” firması tərəfindən gerçəkləşdiriləcək sənədli filmin ssenaristi Avrasya Ekonomik İlişkilər Dərnəyinin idarə heyətinin üzvü Yeşim Özcan filmlə bağlı məlumat verib.
Qardaş ölkə Azərbaycanla əlaqələrin köklü bir keçmişə dayandığını diqqətə çəkən Yeşim Özcan bu əlaqənin ən böyük örnəyini Azərbaycanın Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlətdir” olduğunu xatırladıb. Azərbaycanın Səlcuqlardan etibarən Anadolunun elm, fikir və sənət həyatını formalaşdıran ən önəmli qaynaqlardan biri olduğunu ifadə edən Özcan xüsusilə təsəvvüf (sufi) alanında bu təsirin daha da geniş olduğunu söyləyib:
“Şəmsi Təbrizi, Əhi Əvran, Şəhabəddin Sührəverdi, Baba Həbib Karamanı, İlyas Amasi, Dədə Ömər Rüşeni, Bahaəddin Ərzincani, Ələddin Xəlvəti, Həmzə Çankırlı kimi böyük mürşidlər, Xəzərdəki bu böyük qaynaqdan bəslənmiş və Anadoluya, bütün Osmanlı coğrafiyası və islam dünyasını aydınlatmışlardır. Seyid Yəhya həzrətləri də Osmanlı coğrafiyasını Qafqazlardan Anadolu, Balkanlar, Afrika, orta şərq və Ərəbistana qədər bu elmi aydınlatmış önəmli mürşidlərdən biridir.
Sənədli filmin ən böyük məqsədi Seyid Yəhya Şirvaninin həyatını və Osmanlıdakı təsir və fikirlərini, türk dünyası olmaq üzrə bütün dünya ilə paylaşmaqdır. Şirvani iki ölkənin ortaq mirasıdır, bu filmlə ayrıca Türkiyə ilə Azərbaycan arasında uzun illərə dayanan qardaşlıq, dostluq əlaqələrinin, mədəniyyət alış-verişinin artırılmasına töhfə verəcəyimizi arzu edirik”, - deyə Yeşim Özcan bildirib.
Hikmet Eren: “Bu layihələr bizlərin Azərbaycana duyduğumuz sevgi və məhəbbətin bir simvoludur”
Rejissorluğu Murat Solakoğlunun edəcəyi “Xəzərin Piri Seyid Yəhya Şirvani” filmini keçirməkdən hiss etdikləri sevinci ifadə edən Avrasya Ekonomik İlişkilər Dərnəyi Başkanı, “EkoAvrasiya” dərgisinin baş redaktoru Hikmet Eren belə tədbirlərin önəmini diqqətə çəkib: “Bu layihələr bizlərin Azərbaycana duyduğumuz sevgi və məhəbbətin bir simvoludur. İki ölkəni bir-birininə daha sıx bağlayan fəaliyyətdir. Əməyi keçən hər kəsə indidən çox təşəkkür edirəm”, - deyə H.Eren qeyd edib